az en
News / Qəbələdə “Bahar turniri” keçirilib (fotoreportaj)

Qəbələdə “Bahar turniri” keçirilib (fotoreportaj)

Turnir Dərc olundu: 08.06.2024 Çap
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Qəbələdə 12 yaşadək qızlar arasında “Bahar turniri” keçirilib.
Qəbələdə “Bahar turniri” keçirilib (fotoreportaj)
Qəbələ şəhər stadionunun süni meydançasında təşkil olunan yarışda 8 komanda iki qrupda mübarizə aparıb. Qruplarda ilk iki yeri tutan kollektivlər pley-off mərhələsində üz-üzə gəliblər. Vəndam qəsəbə 1 saylı tam orta məktəb turnirin qalibi olub. Bum kənd tam orta məktəbi 2-ci, 2 saylı tam orta məktəb isə 3-cü yeri tutub.
Vəndam qəsəbə 1 saylı tam orta məktəbin şagirdi Aylin Əfəndi 5 qolla yarışın ən məhsuldar oyunçusu olub. Həmzəli kənd tam orta məktəbin şagirdi Nərmin Abdullazadə ən yaxşı oyunçu, Bum kənd tam orta məktəbin şagirdi Aysel Rəşidova isə ən yaxşı qapıçı seçilib.
İlk üç yeri tutan komandalar diplom və medallarla, qalib kollektiv isə kubokla təltif olunub. Mükafatları AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova və 15 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Gülənbər Qasımova təqdim ediblər.
Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd gələcəkdə U-12 Qızlar Liqasına və aşağı yaş qrupundan ibarət milli komandalara yeni futbolçuların cəlb edilməsidir. İştirakçı komandalar AFFA və UEFA tərəfindən idman geyimi və ləvazimatları ilə təmin olunublar.
 
Baş Sponsor 
Partnyorlar