az en
News / III “Ulduz Cup” beynəlxalq turniri start götürüb

III “Ulduz Cup” beynəlxalq turniri start götürüb

Turnir Dərc olundu: 24.08.2026 Çap
Avqustun 24-də Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının birgə təşkilatçılığı ilə Qubada 11 yaşadək futbolçular arasında III “Ulduz Cup” beynəlxalq turniri start götürüb.
III “Ulduz Cup” beynəlxalq turniri start götürüb
Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən açılış mərasimi iştirakçı komandaların paradı ilə başlayıb. Dövlət Himni səsləndirildikdən sonra Gənclər və İdman Nazirliyinin sektor müdiri Elçin Qasımov və Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsi Aynur Yahyayeva çıxış ediblər. Tədbirin bədii hissəsi cüdo, taekvondo və gimnastika üzrə nümunəvi çıxışlarla davam edib.
Turnirin ilk günündə “Ulduz” FA “Bunyodkor”u (Özbəkistan) 3:0 hesabı ilə üstələyib. “Qarabağ” isə “Altın Taç” FK-nı (Türkmənistan) 4:1 hesabı ilə məğlub edib. “Zirə” FK “Drukarz” KS (Polşa) ilə 1:1 hesablı heç-heçə edib. “Sabah” “Paxtakor”a (Özbəkistan) 0:2 hesabı ilə uduzub. “Neftçi” – “Dinamo Tbilisi” (Gürcüstan) qarşılaşması 0:4 hesabı ilə başa çatıb. “Sduşorsi” (Qırğızıstan) “Kayrat”a (Qazaxıstan) 0:4 hesabı ilə məğlub olub.
Avqustun 27-dək davam edəcək turnirdə 7 ölkədən 12 komanda 3 qrupda mübarizə aparır.
Qeyd edək ki, turnirin bütün oyunları Gənclər və İdman Nazirliyinin “Youtube” kanalında canlı yayımlanır.
Baş Sponsor