AFFA və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkil etdiyi “Sabahın Ulduzları” turniri başa çatıb. Sentyabrın 30-da keçirilən final oyunlarından sonra U-14 yaş qrupunda “Qarabağ”, U-15 yaş qrupunda isə “Ulduz” komandası turnirin qalibi olub.
U-14 yaş qrupunda “Qarabağ” finalda “Sabah”ı 2:0 hesabı ilə məğlub edərək Bakı Kubokunun qalibi olub. U-15 yaş qrupunda isə “Ulduz” finalda “Neftçi”yə 2:1 hesabı ilə qalib gəlib.
Final oyunlarından sonra keçirilən mükafatlandırma mərasimində AFFA-nın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Elçin Məmmədov, “Sabahın ulduzları”nın baş sponsoru “Alpex” şirkətinin prezidenti Sərdar Salmanzadə, BFF prezidenti Tahir Süleymanov, futbol ictimaiyyətinin nümayəndələri və veteran futbolçular iştirak ediblər