az en
News / Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib

Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib

Apellyasiya Arbitraj Tribunalı Dərc olundu: 01.06.2023 Çap
Bu gün Apellyasiya Arbitraj Tribunalının növbəti iclası keçirilib.
Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib
İclasda AFFA-nın İntizam Komitəsinin 3 may 2023-cü il tarixli qərarından “Neftçi” Peşəkar Futbol Klubu tərəfindən verilən apellyasiya şikayətinə baxılıb və aşağıdakı qərar qəbul edilib:
 
1. “Neftçi” Peşəkar Futbol Klubunun tərcüməçisi Vüqar Əliyev tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
 
2. 26.04.2023-cü il tarixdə Azərbaycan Kubokunun 1/2 final mərhələsinin “Neftçi” – “Turan Tovuz” oyununun 90+8-ci dəqiqəsində “Neftçi” klubunun tərcüməçisi Vüqar Əliyev qonaq komandanın rəsmi şəxslərinə qarşı qeyri-etik hərəkətlər etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün Azərbaycan Kubokunda 5 oyun cəzalanması, klubun 4000 manat cərimə edilməsi (maddə 41.4) barədə İntizam Komitəsinin 3 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
 
3.Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəf(lər)ə izah edilsin.
 
4. Qərarın tam mətni 30 (otuz) gün ərzində maraqlı tərəf(lər)ə göndərilsin.
 
Bundan başqa, iclasda Apellyasiya Arbitraj Tribunalın gələcək fəaliyyətinin, qərar qəbul edilərkən istinad olunan normativ sənədlərin (məcəllə, əsasnamələr və s.) təkmilləşdirilməsi ilə bağlı, eləcə də bir sıra təşkilati-hüquqi məsələlər müzakirə edilib.
 
Baş Sponsor 
Partnyorlar