az en
News / Apellyasiya Arbitraj Tribunalının qərarları

Apellyasiya Arbitraj Tribunalının qərarları

Apellyasiya Arbitraj Tribunalı Dərc olundu: 22.12.2023 Çap
Apellyasiya Arbitraj Tribunalının qərarlarını nəzərinizə çatdırırıq:
Apellyasiya Arbitraj Tribunalının qərarları
1.“Xocalı” klubu tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.
2. 03.12.2023-cü il tarixdə AFFA U-13 liqası çərçivəsində keçirilən “Azart” – “Xocalı” oyununun 45-ci dəqiqəsində “Xocalı” komandasının baş məşqçisi İlkin Hacıyev meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldıqdan sonra hakimin və AFFA-nın ünvanına təhqiredici ifadələr işlətdiyinə görə onun 5 oyun cəzalanması (maddə 43.4) barədə İntizam Komitəsinin 06 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilsin.
3. Baş məşqçi İlkin Hacıyevə təyin olunan cəzanın bir hissəsi icra edilərək sonuncunun müvafiq liqada 1 oyun buraxması, digər 4 oyunluq cəzasının isə ödənilməmiş qalması nəzərə alınaraq, İntizam Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən ödənilməmiş 4 oyun cəzası şərti tətbiq edilsin.
4. Şərti cəzanın tətbiqi üçün 3 ay sınaq müddəti təyin edilsin. Sınaq müddətinin başlanğıcı ilkin cəzanın çəkildiyi 10 dekabr 2023-cü il tarixdən etibarən müəyyən edilsin.
5. İntizam Komitəsinin qərarı qalan hissədə qüvvədə saxlanılsın.
6. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. 
7. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin
8. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəf(lər)ə göndərilsin.
 
1. “İddiaçı Elşən Abdullayevin cavabdeh Sabah Peşəkar Futbol Klubuna qarşı “ödənilməyən xidmət haqqı” tələbinə dair iş üzrə Oyunçuların Statusu və Transferi Komitəsi tərəfindən qəbul edilən 07 avqust 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilən apellyasiya şikayəti Apellyasiya Arbitraj Tribunalının Əsasnaməsinin 9.1-ci bəndində göstərilən müddət keçdiyinə, müddətin ötürülməsi üzrlü hesab edilmədiyinə, bununla da şikayət vermə qaydaları pozulduğuna görə apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin.
2. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
3. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndərilsin.
Baş Sponsor 
Partnyorlar