az en
News / “Araz Naxçıvan” finala vəsiqə qazanıb

“Araz Naxçıvan” finala vəsiqə qazanıb

Region liqası Dərc olundu: 15.05.2022 Çap
Bu gün ASK Arenada AFFA Region Liqasının digər yarımfinal oyunu keçirilib.
“Araz Naxçıvan” finala vəsiqə qazanıb
Finala vəsiqə qazanmaq uğrunda oyunda “Xan Lənkəran” və “Araz Naxçıvan” komandaları qarşılaşıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən “Araz Naxçıvan” Region Liqasının finalına vəsiqə qazanan digər komanda olub.
Qeyd edək ki, Region Liqasının finalı – “Cəbrayıl” – “Araz Naxçıvan” qarşılaşması mayın 20-də saat 16:00-da Şamaxı şəhər stadionunda keçiriləcək.
Baş Sponsor 
Partnyorlar