az en
News / “Çatışmazlıqları aradan qaldırmağa çalışacağıq”

“Çatışmazlıqları aradan qaldırmağa çalışacağıq”

U-19 Dərc olundu: 07.09.2021 Çap
Serbiyanın Subotiça şəhərində təşkil edilən beynəlxalq turnirdəkı çıxışını başa vuran 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Elxan Abdullayev turnirlə bağlı affa.az-a fikirlərini bildirib:
 
“Çatışmazlıqları aradan qaldırmağa çalışacağıq”
“Turnirin təşkilatçılığından razı qaldım. Güclü komandalara qarşı oyun oynadıq. Komandam hər oyunda əzmkarlıq göstərdi. Hər oyunda qol vurmağı bacardıq. Çatışmayan cəhətlərimizi görmək üçün bu cür rəqiblərlə oyunlar çox vacibdir. Müşahidə etdiyimiz çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Seçmə oyunlar öncəsi bu cür turnirdə çıxış etməyimiz müsbət oldu. Bundan sonrakı oyunlarda daha yaxşı nəticə üçün oynayacağımıza inanıram”.
 
Baş Sponsor 
Partnyorlar