az en
News / Azərbaycan (qadınlar) - Polşa (qadınlar): Məşqçi fikirləri

Azərbaycan (qadınlar) - Polşa (qadınlar): Məşqçi fikirləri

A milli (Qadınlar) Dərc olundu: 11.03.2020 Çap
Qadınlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində bu gün "ASK Arena"da keçirilmiş Azərbaycan – Polşa oyunundan sonra baş məşqçilərin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
Azərbaycan (qadınlar) - Polşa (qadınlar): Məşqçi fikirləri
Siyasət Əsgərov (Azərbaycan milli komandasının baş məşqçisi): “Rəqibin gücünə əsasən, oyunun çətin keçəcəyini gözləyirdik. Bilirdik ki, Polşa millisi oyunu meydanın bizə aid hissəsində keçirəcək. Buna hazır idik. Oyunumuzu məhz bunun üzərində qurmuşduq. Əks-hücumlarda istəyimizə çatmaq istəyirdik. Oyunun əlavə vaxtında buraxdığımız qollar bizim üçün yaxşı hal deyil. Gənc komandayıq. Bu cür beynəlxalq oyun təcrübəmizin olmaması özünü büruzə verdi. Rəqib isə illərdir DÇ-nin, AÇ-nin seçmə mərhələsində iştirak edir. Biz isə ilk dəfədir seçmə mərhələdə mübarizə aparırıq. Polşa komandası bütün komponentlərdə bizi üstələdi və qələbə qazandı”.
 
Milosz Stepinski (Polşa milli komandasının baş məşqçisi): “Oyundan əvvəl müəyyən qorxumuz olsa da, nümayiş etdirdiyimiz futbol və əldə etdiyimiz nəticəyə görə çox xoşbəxtik. Son dəqiqəyədək 2:0 hesabı ilə irəlidəydik. Oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrində daha 3 qol vurmağa müvəffəq olduq. Xüsusən, əks-hücum zamanı vurduğumuz 3-cü qol Azərbaycan yığmasını bir qədər ruhdan saldı. Yeri gəlmişkən, yüksək qonaqpərvərliyə görə təşkilatçılara təşəkkür edirəm”.
 

 
Baş Sponsor 
Partnyorlar