az en
News / "Bacarıqlar Yarışması" festivalı keçirilib (fotoreportaj)

"Bacarıqlar Yarışması" festivalı keçirilib (fotoreportaj)

AFFA Dərc olundu: 17.04.2023 Çap
Oyunçuları və məşqçiləri fərdi texniki bacarıqlara daha çox diqqət yetirmək, daha da motivasiya etmək, habelə xüsusi istedadları daha erkən yaşlarda müəyyən etmək məqsədilə Texniki Departamentin mütəxəssislərinin təşkilatçılığı ilə "Bacarıqlar Yarışması" adlı müsabiqə keçirilib.
"Bacarıqlar Yarışması" festivalı keçirilib (fotoreportaj)
“ASCO Arena”da keçirilən müsabiqədə Misli Premyer Liqasında və I Divizionda mübarizə aparan peşəkar klubların U-12 komandasının hər birindən iki oyunçu iştirak edib.
Müsabiqə 5 müxtəlif stansiyadakı aşağıdakı texniki və koordinativ bacarıqlara dair elementlərin nümayiş etdirilməsi şəklində təşkil olunub:
 
- qapının müəyyən edilmiş hissələrinə dəqiq zərbələr
- uzun hava ötümələri
- top çiləmək (top hissiyyatı)
- driblinq
- müəyyən edilmiş nöqtədən 4 mini qapıya dəqiq zərbələr
 
Tədbirdə iştirak edən bütün uşaqlara iştirak sertifikat və toplar, ilk 3 yeri tutanlara isə xüsusi mükafatlar təqdim edilib.
 
Qeyd edək ki, uşaq və yeniyetmə futbolunda prioritet komandaların oyunlarda qalib gəlməsindən daha çox oyunçuların fərdi bacarıqlarının inkişafıdır. Bunu təşviq etmək məqsədilə cari mövsümdən AFFA U-12 və daha aşağı yaş qrupları üzrə liqalarda nəticələri və turnir cədvəllərini ləğv edib.
 
Baş Sponsor 
Partnyorlar