az en
News / Beynəlxalq futzal turniri keçiriləcək

Beynəlxalq futzal turniri keçiriləcək

Turnir Dərc olundu: 24.11.2023 Çap
AFFA-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar beynəlxalq futzal turniri keçiriləcək. Turnirdə Azərbaycanın, Belarusun və Mərakeşin 19 yaşadək futzalçılarından ibarət milli komandaları mübarizə aparacaq. Noyabrın 26-da start götürəcək turnirə 30-da yekun vurulacaq. Oyunlar Bakı İdman Sarayında təşkil olunacaq.
Beynəlxalq futzal turniri keçiriləcək
Turnirin təqvimini və oyunları idarə edəcək hakimləri nəzərinizə çatdırırıq:
 
Azərbaycan – Belarus
26 noyabr. Bakı İdman Sarayı. Saat 17:00
Hakimlər: Hikmət Qafarlı, Ceyhun Hüseynov, Hidayət Feyzullayev, Anar Fərəcov
 
Azərbaycan – Mərakeş
28 noyabr. Bakı İdman Sarayı. Saat 17:00
Hakimlər: Knyaz Əmiraslanov, Hacıəli Ağayev, Məmmədəli Kərimov, Hikmət Qafarlı
 
Mərakeş – Belarus
30 noyabr. Bakı İdman Sarayı. Saat 17:00
Hakimlər: Əli Cəbrayılov, Rza Məmmədov, Nahid Xasıyev, Ramil Namazov
Baş Sponsor 
Partnyorlar