Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək. Millimiz B Liqasının 1-ci qrupunda saat 16:00-da "Dalğa Arena"da İsveçrə yığması ilə qarşılaşacaq. "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq oyunu Rumıniyadan olan hakimlər briqadası idarə edəcək:
9 aprel
Azərbaycan (Qadınlar) – İsveçrə (Qadınlar)
"Dalğa Arena". Saat 16:00
Baş hakim: Alina Peşu
Baş hakimin köməkçiləri: Daniela Konstantineşçu, Petruta Klaudia İuquleşçu
Dördüncü hakim: Kristina Mariana Trandafir