az en
News / AFFA nümayəndəsinə UEFA-dan təyinat

AFFA nümayəndəsinə UEFA-dan təyinat

UEFA Dərc olundu: 22.07.2024 Çap
AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.
AFFA nümayəndəsinə UEFA-dan təyinat
O, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Maribor” (Sloveniya) – “Universitatya Krayova” (Rumıniya) oyununun UEFA nümayəndəsi olacaq. Maribor şəhərində yerləşən “Lyudski” stadionunda keçiriləcək görüş iyulun 25-də baş tutacaq.
“Maribor” – “Universitatya Krayova” matçını danimarkalı baş hakim Mads Kristoffersen idarə edəcək.
Baş Sponsor