az en
News / Millimiz (Qadınlar) seçmə mərhələdə ikinci oyununa çıxır

Millimiz (Qadınlar) seçmə mərhələdə ikinci oyununa çıxır

A milli (Qadınlar) Dərc olundu: 07.03.2026 Çap
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün dünya çempionatı – 2027-nin seçmə mərhələsində ikinci oyununu keçirəcək.
Millimiz (Qadınlar) seçmə mərhələdə ikinci oyununa çıxır
C Liqasının 3-cü qrupunda yer alan millimiz Macarıstan yığması ilə qarşılaşacaq. Felksut şəhərindəki “Panço Arena”da təşkil olunacaq görüşü Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək. Bakı vaxtı ilə Saat 17:30-da başlanacaq matç “İdman TV” vasitəsilə canlı yayımlanacaq.
 
7 mart
Macarıstan (Qadınlar) - Azərbaycan (Qadınlar)
“Panço Arena”. Saat 17:30
Baş hakim: 
Filipa Pereyra Kunya
Baş hakimin köməkçiləri: Andreya Souza, Kristiana Moreyra Kosta
Dördüncü hakim: Sara Alves
(Hakimlər briqadası Portuqaliyadandır)
Baş Sponsor