21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün saat 16:00-da İngiltərənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. "Qarabağ Arena"da keçiriləcək və "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq oyunu Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcək:
22 mart
Azərbaycan (U-21) – İngiltərə (U-21)
"Qarabağ Arena". Saat 16:00
Baş hakim: Antoni Bandiç
Baş hakimin köməkçiləri: Amer Maciç, Boris Dujmoviç
Dördüncü hakim: Mateo Musa