Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirəcək. Millimiz B Liqasının 1-ci qrupunda saat 19:45-də Macarıstanın Szeged şəhərindəki "Szent Gellért Fórum" stadionunda Macarıstan yığması ilə qarşılaşacaq. Oyunu İngiltərədən olan hakimlər briqadası idarə edəcək:
5 aprel
Macarıstan (Qadınlar) – Azərbaycan (Qadınlar)
"Szent Gellért Fórum" stadionu. Saat 19:45
Baş hakim: Kristi Doul
Baş hakimin köməkçiləri: Sofi Denninqton, Rubi Sukes
Dördüncü hakim: Emili Heslip