az en
News / “Bu, komandamızın real gücünə uyğun nəticə deyil”

“Bu, komandamızın real gücünə uyğun nəticə deyil”

A milli (Futzal) Dərc olundu: 20.12.2023 Çap
Futzal üzrə DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində bu gün Almere şəhərində keçirilmiş Niderland - Azərbaycan oyunundan sonra millimizin baş məşqçisi Vitali Borisovun səsləndirdiyi fikirləri nəzərinizə çatdırırıq:
“Bu, komandamızın real gücünə uyğun nəticə deyil”
“Oyuna yaxşı başladıq, qol vurmaq üçün epizodlarımız da rəqibdən çox oldu. Niderland millisi bu gün 5-6 şansdan 3-nü dəyərləndirdi, bizim zərbələrimiz isə qapı dirəyindən qayıtdı. Nəticə qane etməsə də, mübarizəyə görə komandama təşəkkür edirəm. Sona qədər vəziyyəti düzəlmək üçün əllərindən gələni etdilər, çalışdılar, amma alınmadı.
Qrup mərhələsini 4 xalla başa vursaq da, bu, komandamızın real gücünə uyğun nəticə deyil. Azı 9 xal toplaya bilərdik. Oyunlar oldu ki, hesabda 2 top fərqi ilə önə keçdik, lakin üstünlüyümüzü qoruya bilmədik. Bəzi matçlara isə tam heyətlə çıxa bilmədik, kimisi zədə, kimisi də cəza üzündən komandaya kömək edə bilmədi.
Gələcək oyunlar üçün heyətə yeni oyunçular dəvət edəcəyik. Çox işləməliyik. Demək olar, yeni komanda qururuq”.
 
Baş Sponsor 
Partnyorlar