21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Samir Əliyevin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün "Qarabağ Arena"da İngiltərə yığması ilə keçirilən oyundan sonra səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
"Güclü komandaya qarşı oynadıq. Bu səviyyədə rəqiblə indiyədək qarşılaşmamışdıq. İndividual keyfiyyətləri olan futbolçulara qarşı oynadıq. Futbolçularımızdan heç bir narazılığımız yoxdur. Əllərindən gələni etdilər, lakin təəssüf ki, böyük hesabla məğlub olduq".