az en
News / İcraiyyə Komitəsinin iclası keçirilib (fotolar)

İcraiyyə Komitəsinin iclası keçirilib (fotolar)

AFFA Dərc olundu: 29.04.2022 Çap
Bu gün Bakı Olimpiya Stadionunda AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
İcraiyyə Komitəsinin iclası keçirilib (fotolar)
Gündəlikdə olan məsələlərin müzakirəsindən əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev BOS-da yaradılan VAR Mərkəzi ilə tanış olub. AFFA prezidentinə VAR Mərkəzinin iş prinsipi ilə bağlı məlumat verilib. 
Daha sonra Rövnəq Abdullayev FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsinə təyin olunmuş vitse-prezident Elxan Məmmədova İcraiyyə Komitəsi adından uğurlar arzulayıb.

Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. 2022/2023-cü il mövsümündən etibarən "İmişli", "Mingəçevir" və "Araz Naxçıvan" komandaları Birinci Divizionda çıxış etsin.
2. Azərbaycan çempionatında legioner limitinin 6+5 sistemi ilə tətbiqi davam etdirilsin.
3. Premyer Liqada gənc futbolçular üçün yaş limiti ləğv olunsun.
4. Azərbaycan çempionatında əvəzetmə sayı dəyişdirilməsin (3 əvəzetmə sayı saxlanılsın).
5. 2022/2023-cü il mövsümündən etibarən klublar sifariş ərizəsinə 14 legioner futbolçu daxil edə bilər. 14 legionerdən əlavə hər legioner üçün sifariş ödənişi 50.000 (əlli min) AZN müəyyənləşdirilsin.
6. 2023/2024-cü il mövsümündən etibarən klublar sifariş ərizəsinə 12 legioner futbolçu daxil edə bilər. 12 legionerdən əlavə hər legioner üçün sifariş ödənişi 50.000 (əlli min) AZN müəyyənləşdirilsin.
7. AFFA-nın Yoxlama və Təftiş Komitəsinin Əsasnaməsinin hazırlanması baş katibliyə tapşırılsın. Əsasnamə 1 ay ərzində İcraiyyə Komitəsinə təqdim olunsun.
 
Baş Sponsor 
Partnyorlar