az en
News / İcraiyyə Komitəsinin iclasında müzakirə olunacaq məsələlər

İcraiyyə Komitəsinin iclasında müzakirə olunacaq məsələlər

AFFA Dərc olundu: 01.03.2023 Çap
Xəbər verdiyimiz kimi, martın 7-də “Fairmont” hotelində AFFA-nın Konfransı, ardınca isə İcraiyyə Komitəsinin iclası keçiriləcək. İcraiyyə komitəsinin iclasında müzakirə olunacaq məsələləri diqqətinizə çatdırırıq:
 
İcraiyyə Komitəsinin iclasında müzakirə olunacaq məsələlər
1. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan silsilə tədbirlər
2. 2024-2028-ci illər üçün FIFA və UEFA tərəfindən ayrılacaq maliyyə vəsaitinin müxtəlif regionlarda yeni stadionların inşasına ayrılması
3. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçilərinin təsdiqi
4. AFFA-nın nəzdində fəaliyyət göstərən müvafiq komitələrin tərkibinin təsdiqi
5. AFFA-nın Futbol Veteranları üçün fərdi təqaüdləri haqqında Əsasnaməsinin təsdiqi
6. Yoxlama və Təftiş Komitəsinin hesabatı
7. Birinci Divizionda çıxış etmək üçün Region Liqasinda 3 illik fəaliyyət tələbi ilə bağlı qərarın müzakirəsi
8. Misli Premyer Liqası, Birinci Divizion və kubok oyunlarının internet üzərindən yayımı və oyunların statistik məlumatlarının əldə olunmasının PFL-ə həvalə olunmasının təsdiqi.
9. Birinci Divizion və əvəzedici heyət yarışlarının ayrılmasının müzakirəsi
10. 2023-24-cü illər mövsümündən etibarən Birinci Divizionda çıxış edən klublar üçün lisenziyalaşdırmanın tətbiqinin müzakirəsi
11. Azərbaycan Futzal Federasiyasının fəaliyyəti ilə bağlı federasiya rəhbərliyinin məlumatı
12. Digər məsələlər.
 
Baş Sponsor 
Partnyorlar