az en
News / İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası keçirilib (fotolar)

İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası keçirilib (fotolar)

AFFA Dərc olundu: 28.01.2020 Çap
Bu gün “Bulvar otel”də AFFA-nın İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası keçirilib.
İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası keçirilib (fotolar)
Əvvəlcə AFFA-nın prezidenti Rövnəq Abdullayev tərəfindən İcraiyyə Komitəsinin yeni üzvləri Könül Mehtiyevaya, Fərid Mansurova və Elxan Məmmədova müvafiq qovluqlar təqdim olunub. AFFA prezidenti İcraiyyə Komitəsinin üzvlərini təbrik edib və uğurlar arzulayıb.
Rövnəq Abdullayevin təklifinə əsasən, Rauf Əliyev, Elşad Nəsirov və Vaqif Sadıqov AFFA-nın vitse-prezidenti, Elxan Məmmədov isə icraçı vitse-prezident vəzifəsinə təsdiqlənib. Elxan Məmmədovun, eyni zamanda, baş katib vəzifəsini də icra etməsi qərara alınıb.
İcraiyyə Komitəsi üzvlərinin məsul olduqları konkret iqtiqamətlər müəyyənləşdirilib:
 
İsgəndər Cavadov - Region futbolu
Kazbek Tuayev - Veteranlarla iş
Elxan Məmmədov - İcraçı vitse-prezident
Zaur Axundov - Futzal
Rauf Əliyev - Uşaq və gənclər futbolu
Vaqif Sadıqov - Məşqçi və klublarla iş
Elşad Nəsirov - Milli komandalarla iş
Fərid Mansurov - GİN ilə koordinasiya
Firudin Qurbanov - Tələbə futbolu
Mahir Məmmədov - Sahə FF ilə koordinasiya
Elmar Məmmədyarov - Dövlət orqanları ilə əlaqələr
Könül Mehdiyeva - Beynəlxalq əlaqələr
 
İclasda Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb və məsələnin müzakirəsinin İcraiyyə Komitəsinin növbəti iclasında davam etdirilməsi qərara alınıb.
İcraiyyə Komitəsinin iclasında müzakirə olunan sonuncu məsələ e-Milli komandanın yaradılması barədə olub. İK üzvləri bu məsələyə müsbət münasibət bildiriblər.
 
Baş Sponsor 
Partnyorlar