az en
News / Danışılmış oyunlarla bağlı seminar keçirilib

Danışılmış oyunlarla bağlı seminar keçirilib

AFFA Dərc olundu: 19.11.2020 Çap
Bu gün AFFA-nın inzibati binasında Premyer Liqa və Birinci Divizion oyunlarına təyinat alan AFFA nümayəndələri üçün danışılmış oyunlarla bağlı seminar keçirilib.
UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib. 
 
Danışılmış oyunlarla bağlı seminar keçirilib
İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib. AFFA nümayəndələrinin sualları cavablandırılan zaman bildirilib ki, bu cür neqativ hallarla və ya şübhəli məqamlarla qarşılaşdıqda əlavə edilmiş linkə daxil olub, göstərilmiş əlaqə nömrələrinə və ya elektron ünvana məlumat göndərə bilərlər: https://www.affa.az/index.php/news/danlm-oyunlar-v-oyun-nticlrinin-manipulyasiyas/59967 
 
Baş Sponsor 
Proyekt Partnyorları