Çimərlik Futbolu Federasiyasının təşkilatçılığı ilə 7-11 avqust tarixlərində "Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında U-14 yeniyetmələr arasında Azərbaycan çempionatı keçirilib.
8 komanda iki qrupda mübarizə aparıb. Qruplarında ilk iki yeri tutuan komandalar yarımfinala vəsiqə qazanıb. Yarımfinalda EFA “Azart” FK, “Sahil” FK isə “Xəzər-Buzovna” üzərində 4:3 hesablı qələbə qazanaraq finala yüksəliblər. 3-cü yer uğrunda oyunda “Azart” FK “Xəzər-Buzovna”nı 2:1 hesabı ilə məğlub edib. Finalda isə rəqibini 6:3 hesabı ilə məğlub edən EFA Azərbaycan çempionu olub.
EFA komandasının üzvü Yusif Orucəliyev ən yaxşı oyunçu, “Sahil” FK-nın oyunçusu Kənan Məmmədli ən yaxşı qapıçısı seçilib. Çempionatın ən məhsuldar oyunçusu isə 16 qolla “Azart” FK-nın üzvü Rəvan Məmmədov olub.