az en
News / Eşitmə məhdudiyyətli əlillər arasında turnirə yekun vurulub (fotolar)

Eşitmə məhdudiyyətli əlillər arasında turnirə yekun vurulub (fotolar)

Əlillər futbolu Dərc olundu: 27.06.2023 Çap
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Bakcell şirkətinin dəstəyi Azərbaycan Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş eşitmə məhdudiyyətli əlillər arasında minifutbol turnirinə yekun vurulub. 
Eşitmə məhdudiyyətli əlillər arasında turnirə yekun vurulub (fotolar)
Sərhədçi İdman Mərkəzində təşkil olunan final qarşılaşmasında “Lənkəran” komandasını 3:2 hesabı ilə məğlub edən “Bakı” turnirin qalibi olub. “Lənkəran” komandasının üzvü Hüseynbala Talıbzadə turnirin ən yaxşı oyunçusu seçilib. “Sumqayıt” komandasının oyunçusu İslam Əliyev isə 13 qolla turnirin ən məhsuldar oyunçusu olub.
 
Baş Sponsor 
Partnyorlar