az en
News / “Azəri” komandası “Payız turniri”nin qalibi olub (fotoreportaj)

“Azəri” komandası “Payız turniri”nin qalibi olub (fotoreportaj)

Əlillər futbolu Dərc olundu: 27.10.2023 Çap
AFFA-nın dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı Bakı İdman Sarayında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş  eşitməqüsurlu əlillər arasında keçirilən futzal üzrə “Payız turniri” başa çatıb.
“Azəri” komandası turnirin qalibi olub. “Ümid” və “Bakı” komandaları isə müvafiq olaraq 2-ci və 3-cü yeri tutub. “Bakı” komandasından Sənan Ağayev turnirin ən yaxşı oyunçusu, “Ümid”dən Sənan Mirzəzadə isə ən yaxşı qapıçı seçilib. Turnirin ən məhsuldar oyunçusu 13 qol vuran “Azəri” komandasının üzvü Nihad Qarayev olub.
Sonda komandalara medallar, diplomlar və kubok təqdim olunub.
 
“Azəri” komandası “Payız turniri”nin qalibi olub (fotoreportaj)
Oyunların nəticələrini nəzərinizə çatdırırıq:
 
26 oktyabr
“Zirvə” – “Bakı” 0:4
“Şimşək” – “Azəri” 0:9
“Ümid” – “Zirvə” 6:1
“Bakı” – “Şimşək” 12:0
 
27 oktyabr
“Ümid” – “Bakı” 6:3
“Azəri” – “Zirvə” 16:0
“Şimşək” – “Ümid” 1:9
 
Baş Sponsor 
Partnyorlar