az en
News / Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti seçilib

Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti seçilib

Əlillər futbolu Dərc olundu: 25.09.2025 Çap
Bu gün Azərbaycan Əlillər Futbolu Federasiyasının (AƏFF) növbəti hesabat seçki konfransı keçirilib.
Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti seçilib
İlk olaraq AƏFF prezidenti Elşad İbrahimli 2020-2025-ci illər ərzindəki fəaliyyətləri barədə hesabat verib. Ardından federasiyanın prezidenti vəzifəsinə seçki keçirilib. Elşad İbrahimli yenidən Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti seçilib. Bu etimada görə konfrans iştirakçılarına təşəkkürünü bildirən E. İbrahimli növbəti 5 illik fəaliyyəti dövründə əlillər futbolunun inkişafı üçün əlindən gələni edəcəyini deyib.
Sonda İdarə Heyətinin üzvlüyünə namizədlərlə bağlı səsvermə keçirilib. İlqar Aslanov, Nəbi Nəbiyev, Abas Hüseynov, Günay Məmmədova, Əjdər Abdullayev və Nurəddin Tağıyev federasiyaya üzv seçiliblər.
 
Baş Sponsor