17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının final mərhələsində təşkil olunan oyunlarda iştirak edən FIFA referisi Elçin Məsiyev daha bir vacib oyuna təyinat alıb.
E.Məsiyev mayın 27-də AÇ-nın ¼ final mərhələsində keçiriləcək Polşa - Serbiya qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və slovakiyalı yan xətt hakimi Peter Bednar kömək edəcəklər. Qeyd edək ki, UEFA U-17 Avropa çempionatının final mərhələsi Macarıstanda keçirilir.