AFFA və UEFA Akademiyasının birgə əməkdaşlığı çərçivəsində "Elite Club Programme" təhsil layihəsinin üçüncü – sonuncu sessiyasına yekun vurulub. AFFA-nın, PFL-in və Misli Premyer Liqasında mübarizə aparan klubların nümayəndələrinin iştirak etdiyi seminarda iştirakçılar klub idarəetmə sisteminə aid müxtəliv mövzularda müzakirələr aparılıb, təcrübələrini bölüşüblər. Seminarın son günündə iştiakçılara sertifikatlar verilib. Sertifikatları AFFA-nın prezidenti Rövnəq Abdullayev təqdim edib.