az en
News / Elxan Məmmədov Kamran Ağayevlə görüşüb

Elxan Məmmədov Kamran Ağayevlə görüşüb

AFFA Dərc olundu: 11.01.2022 Çap
Bu gün AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Azərbaycan milli komandasının sabiq qapıçısı Kamran Ağayevlə görüşüb. E.Məmmədov futbolçu karyerasını başa vuran Kamran Ağayevə təşəkkürünü bildirib və gələcək fəaliyyətində uğurlar arzulayıb. 
K.Ağayev karyerası ərzində Türkiyə, Portuqaliya, Çexiya klublarında çıxış edib və Azərbaycan milli komandasının heyətində 79 oyun keçirib. AFFA-nın təklifi ilə Kamran Ağayev qapıçı məşqçiləri üçün təşkil olunan müxtəlif kurslarda iştirak edəcək, milli komandalarda qapıçı məşqçisi kimi fəaliyyət göstərəcək.
Görüşdə AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov və Texniki Departamentin rəhbəri Cahangir Həsənzadə də iştirak edib. 
Elxan Məmmədov Kamran Ağayevlə görüşüb
Baş Sponsor 
Partnyorlar