az en
News / FIFA yeni layihəyə start verir

FIFA yeni layihəyə start verir

FİFA Dərc olundu: 12.01.2024 Çap
FIFA “FIFA series” adlanan yeni layihəyə start verir. 
FIFA yeni layihəyə start verir
Yeni layihəyə əsasən, FIFA təqvimində olan rəsmi yoldaşlıq oyunlarının əvəzinə fərqli konfederasiyalardan A milli komandaların iştirakı ilə mini turnir təşkil olunacaq. Müxtəlif qitələrdə mini turnir formatında təşkil olunacaq və dörd komandanın qatılacağı ilk belə yarışlardan birinin mart ayında Bakıda keçirilməsi nəzərdə tutulub. Avropadan ölkəmizlə yanaşı Bolqarıstan, Afrikadan Tanzaniya, Asiya qitəsindən isə Monqolustan milli komandaları turnirdə mübarizə aparacaqlar. İlk dəfə təşkil olunacaq turnir barədə ətraflı məlumat (təqvim, püşk, stadionlar və s.) daha sonra saytımızda yerləşdiriləcək.
AFFA FIFA-nın yeni layihəsini dəstəkləyir və təşkilati işləri yüksək səviyyədə həyata keçirəcəyini əminliklə ifadə edir.
Baş Sponsor 
Partnyorlar