az en
News / "Futbolçular xarakter göstərdilər və bərabərlik qolunu vurdular"

"Futbolçular xarakter göstərdilər və bərabərlik qolunu vurdular"

UEFA Dərc olundu: 05.04.2024 Çap
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərovun Avropa çempionatının seçmə mərhələsi çərçivəsində B Liqasının 1-ci qrupunda səfərdə Macarıstan yığması ilə keçirilən oyundan sonra səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
"Futbolçular xarakter göstərdilər və bərabərlik qolunu vurdular"
“Bildirmişdim ki, ilk oyunlar hər zaman çətin olur. Çünki sonuncu rəsmi oyunumuzla bu qarşılaşma arasında çox vaxt keçmişdi. Toplanış keçə bilməmişdik. Rəqib çox güclü kollektiv idi. Macarıstan yığması ötən mövsüm UEFA Millətlər Liqasının A divizionunun bir addımlığında idi, pley-off mərhələsinə yüksəlmişdilər. Lakin bu mərhələdə məğlub olaraq B Liqasına düşdülər.  Bir sözlə, həm futbolçularının keyfiyyətinə, həm də komanda oyununa görə üst səviyyəli kollektivdir. 
Komandamızın oyununa gəlincə, hesabda geri düşməyimizə baxmayaraq, futbolçular özlərində güc tapdılar, xarakter göstərdilər və bərabərlik qolunu vurdular. Əzmkarlıq nümayiş etdirərək, sonadək hesabı qoruyub saxlaya bildik. Bakıdakı oyunda da xarakter göstərib, layiqli nəticə qazanmağa çalışacağıq. Komandamı təbrik edirəm”.
 
Baş Sponsor 
Partnyorlar