az en
News / "Futbolçularımı əzmkar oyuna görə təbrik edirəm"

"Futbolçularımı əzmkar oyuna görə təbrik edirəm"

FİFA Dərc olundu: 25.03.2024 Çap
“FIFA series – Edition 2024” layihəsi çərçivəsində bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Azərbaycan – Bolqarıstan oyunundan sonra təşkil edilən mətbuat konfransında millimizin məşqçisi Arif Əsədovun səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
"Futbolçularımı əzmkar oyuna görə təbrik edirəm"
"Maraqlı qarşılaşma oldu. Hər iki komanda yaxşı oyun nümayiş etdirdi. Bu matça çox istəkli çıxmışdıq. Sona qədər rəqibi üstələyib, qələbə qazanmaq istəyirdik. Ani bir məqamda qol buraxdıq, və bu, komandanı bir qədər ruhdan saldı. Lakin dəyişikliklər edib, oyunu gücləndirdik. Deyərdim ki, komanda hardasa istədiyimizin 70-80 faizini yerinə yetirdi. Ümumilikdə futbolçularımı əzmkar oyuna görə təbrik edirəm".
 
Baş Sponsor 
Partnyorlar