az en
News / Futzal hakimləri və hakim-inspektorları üçün seminar keçirilir (fotolar)

Futzal hakimləri və hakim-inspektorları üçün seminar keçirilir (fotolar)

Hakimlər Dərc olundu: 21.02.2023 Çap
AFFA-nın inzibati binasında FİFA tərəfindən futzal hakimləri və hakim inspektorları üçün seminar keçirilir.
Futzal hakimləri və hakim-inspektorları üçün seminar keçirilir (fotolar)
Fevralın 20-dən start götürən və 22-dək davam edəcək seminar FİFA instruktoru Perry Gautier tərəfindən həyata keçirilir. Seminarda Səudiyyə Ərəbistanı Futbol Federasiyası tərəfindən göndərilmiş rəsmi müraciət məktubuna əsasən, iki futzal hakimi və bir hakim-inspektor da iştirak edir. Mübadilə proqramı (exchange) əsasında Səudiyyə Ərəbistanından gələn hakimlər və hakim-inspektor Futzal Yüksək Liqasının XIV turunun “Alyans” – U 19 oyununu idarə edəcəklər.
 
Baş Sponsor 
Partnyorlar