az en
News / Futzal: Yüksək Liqada mövsümə yekun vurulub (fotoreportaj)

Futzal: Yüksək Liqada mövsümə yekun vurulub (fotoreportaj)

Futzal Dərc olundu: 02.05.2024 Çap
Bu gün futzal üzrə Azərbaycan Yüksək Liqasında 2023/2024 mövsümünə yekun vurulub.
Futzal: Yüksək Liqada mövsümə yekun vurulub (fotoreportaj)
Sonuncu - XX turun oyunlarının ardından komandalara mükafatlar təqdim olunub. Mövsümü çempion kimi başa vuran “Araz-Naxçıvan”a qızıl medallar və çempionluq kuboku, ikinci yeri tutan “Baku Fire”ə gümüş, üçüncü yerin sahibi “Neftçi”yə isə bürünc medal verilib.
Bundan başqa, “Araz-Naxçıvan”ın baş məşqçisi Vitali Borisov ən yaxşı baş məşqçi, 57 qol vuran “Neftçi”nin üzvü Reza Abgouna ən məhsular oyunçu nominasiyası üzrə mükafata yiyələniblər.
Mükafatları AFFA-nın baş katibinin müavini Kamran Vəliyev və Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov təqdim ediblər.
Qeyd edək ki, mövsümün son turunda “Neftçi” İK komandası “Yasamal Bakı”ya 15:6, “Araz-Naxçıvan” isə U-19 yığmasına 8:0 hesabı ilə qalib gəliblər.
 
Baş Sponsor 
Partnyorlar