az en
News / “Gözəl oyun alınmasa da, istəyimizə nail olduq”

“Gözəl oyun alınmasa da, istəyimizə nail olduq”

A Milli Dərc olundu: 12.09.2023 Çap
Bu gün “Dalğa Arena”da keçirilmiş Azərbaycan - İordaniya beynəlxalq yoldaşlıq oyunundan sonra təşkil olunmuş mətbuat konfransında milli komandamızın baş məşqçi Canni De Byazinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
“Gözəl oyun alınmasa da, istəyimizə nail olduq”
“Belçika ilə oyunda çox enerji sərf etmişdik. Bu gün daha yaxşı çıxış edə bilərdik. Gözəl oyun alınmasa da, istəyimizə nail olduq. Meydança da yaxşı vəziyyətdə deyil. Futbolçular ot örtüyünə görə topu daha yaxşı qəbul edə bilmirdilər. Dünən də dediyim kimi, rəqibin yaxşı futbolçuları var. Bizim üçün yaxşı sınaq oldu. Həm Belçika, həm də İordaniya ilə görüşlərdə yaxşı oyun sərgilədik. Nəzərə alaq ki, meydanda gənc kollektiv var idi.
Gələn ay bizi ağır qarşılaşmalar gözləyir. Belçika ilə dueldəki kimi çıxış edə bilsək, rəqiblərə çətinlik yaşada bilərik".
Baş Sponsor 
Partnyorlar