AFFA-nın, Uşaq Gənclər Futbol Federasiyasının və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar “Heydər Əliyev İli” çərçivəsində Hacı Zeynalabdin qəsəbəsində uşaq və yeniyetmələr üçün futbol festivalı keçirilib.
Tədbirdə AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin deputatı Müşviq Məmmədli, YAP Sumqayıt Şəhər Təşkilatının sədri Ramiz Hüseynov, Uşaq Gənclər Futbol Federasiyasının prezidenti Asif Əliyev, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin rəisi Fuad Babayev iştirak edib.
Festivalda iştirak edən 50 uşaq və yeniyetməyə futbola marağı artırmaq məqsədilə idman geyimləri və toplar verilib. Gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Gələcəkdə belə tədbirlərin digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulub.