az en
News / Hakimlər üçün onlayn dərslər

Hakimlər üçün onlayn dərslər

Hakimlər Dərc olundu: 26.03.2020 Çap
Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə hakimlər üçün qrup halında məşğələlərin müvəqqəti ləğv olunması nəzərə alınaraq, onlayn şəkildə dərslərin keçirilməsinə start verilib.
 
Hakimlər üçün onlayn dərslər
AFFA Hakimlər Komitəsinin sədri Fritz Stuchlik və UEFA-nın Hakimlər Komitəsinin üzvü Kiros Vassarasın iştirakı ilə dərslər həftədə 1 dəfə olmaqla 2 ayrı-ayrı qruplara bölünmüş hakimlər üçün aparılır. Onlayn dərslərdə beynəlxalq oyunlarda baş vermiş müəyyən situasiyalar müzakirə edilir, sorğu vasitəsi ilə hakimlərin cavabları öyrənilir, oyun qaydalarının düzgün yozumu və tətbiqi haqqında tövsiyələr verilir.
 
Baş Sponsor 
Partnyorlar