Noyabrın 20-də, saat 17:00-da, Skopyedə keçiriləcək Şimali Makedoniya - Azərbaycan beynəlxalq yoldaşlıq oyunu ərəfəsində hər iki komandanın keçirəcəyi mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtını diqqətinizə çatdırırıq:
Azərbaycan milli komandası
19 noyabr
Saat 10:30. Mətbuat konfransı
Saat 11:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Şimali Makedoniya milli komandası
19 noyabr
Saat 13:00. Mətbuat konfransı
Saat 14:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Qeyd: Tədbirlərin saatı yerli vaxtla göstərilib.