AFFA-nın, Uşaq Gənclər Futbol Federasiyasının və Şirvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar “Heydər Əliyev İli” çərçivəsində Şirvan şəhərində uşaq və yeniyetmələr üçün futbol festivalı keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin deputatları İltizam Yusifov, Arzu Nağıyev, Uşaq Gənclər Futbol Federasiyasının prezidenti Asif Əliyev, Şirvan Şəhər Məhkəməsinin sədri Ehtibar Əhmədov, Şirvan Şəhər polis şöbəsinin rəisi Fizuli Əhmədov, məçqçilər, valideyinlər və rayon ictimayyətinin nümayyəndələri iştirak edib.
Festivalda iştirak edən 50 uşaq və yeniyetməyə futbola marağı artırmaq məqsədilə idman geyimləri və toplar verilib. Gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Gələcəkdə belə tədbirlərin digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulub.