az en
News / İki futbolçu “Marcet” FA-ya göndərilib

İki futbolçu “Marcet” FA-ya göndərilib

AFFA Dərc olundu: 25.11.2019 Çap
AFFA rəhbərliyi yeniyetmə futbolçuların inkişafı, daha rəqabətli mühitdə məşq keçməsi məqsədilə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının iki üzvünü  - Rauf Rüstəmlini (“Qəbələ”) və Musa Musazadəni (“Qarabağ”) İspaniyanın Barselona şəhərində fəaliyyət göstərən “Marcet” Futbol Akademiyasına göndərib. Futbolçular adıçəkilən akademiyada noyabrın 25-dən dekabrın 22-dək (4 həftə) təcrübə keçəcək, gündəlik məşqlərlə paralel nəzəri məşğələlərdə də iştirak edəcəklər.   
 
İki futbolçu “Marcet” FA-ya göndərilib
Baş Sponsor 
Proyekt Partnyorları