az en
News / Klubların tibb heyətləri üçün seminar keçirilib (fotolar)

Klubların tibb heyətləri üçün seminar keçirilib (fotolar)

Seminar Dərc olundu: 08.04.2024 Çap
Bu gün AFFA-nın inzibati binasında AFFA və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə Misli Premyer Liqasında mübarizə aparan komandalar və onların əvəzediciləri, o cümlədən I Liqadakı klubların tibb heyətləri üçün “Antidopinq maarifləndirmə” mövzusunda seminar keçirilib. Seminarda AMADA-nın antidopinq məsələləri üzrə nümayəndəsi ilə AFFA-nın həkimi  və dopinq nəzarəti üzrə kuratoru Olcay Bayramov çıxış ediblər.
Klubların tibb heyətləri üçün seminar keçirilib (fotolar)
Baş Sponsor 
Partnyorlar