az en
News / “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Gədəbəydə (fotolar)

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Gədəbəydə (fotolar)

Kütləvilik Dərc olundu: 09.03.2023 Çap
AFFA-nın, Gədəbəy Rayon İcra Hakimiyyətinin, Uşaq Gənclər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Gədəbəy rayonununda “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Gədəbəydə (fotolar)
Bu layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Mərkəzində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.
Tədbirdə AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, Milli Məclisə Gədəbəy rayonundan seçilmiş deputat Arzu Nağıyev iştirak edib. Layihə çərçivəsində tədbirdə iştirak edən 50 məktəbli uşağa futbola marağı artırmaq  məqsədilə idman geyimləri və toplar verilib. Gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Bu layihə üzrə tədbirlərin digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulub.
 
Baş Sponsor 
Partnyorlar