az en
News / “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Gədəbəydə

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Gədəbəydə

AFFA Dərc olundu: 13.09.2020 Çap
AFFA-nın və Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun kəndlərində “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.
Bu layihə Prezident İlham Əliyevin 29 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.
Layihə çərçivəsində rayonun Novosaratovka, Novoivanovka, Şınıx və Miskinli  kəndlərində 50 məktəbli uşağa futbola marağın artırılması məqsədi ilə idman geyimləri və futbol topları verilib.
Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, millət vəkilləri Sevinc Hüseynova, Arzu Nağıyev, Sabir Hacıyev və digər rəsmi şəxslər iştirak edib.
 
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Gədəbəydə
Baş Sponsor 
Proyekt Partnyorları