AFFA-nın, Göygöl Rayon İcra Hakimiyyətinin, Uşaq Gənclər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Göygöl rayonununda “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.
Bu layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Mərkəzində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.
Tədbirdə AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Milli Məclisə Göygöl rayonundan seçilmiş deputat Elşad Mirbəşir və Göygöl Rayon Gənclər və İdman İdarəsinin müdiri Zaur Abbasov iştirak edib.
Layihə çərçivəsində tədbirdə şəhid və qazi ailələrindən övladları ilə yanaşı iştirak edən 50 məktəbli uşağa futbola marağı artırmaq məqsədilə idman geyimləri və toplar verilib. Gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Bu layihə üzrə tədbirlərin digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulub.