az en
News / “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Şəmkirdə

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Şəmkirdə

Kütləvilik Dərc olundu: 06.03.2023 Çap
AFFA-nın, Şəmkir Rayon İcra Hakimiyyətinin, Uşaq Gənclər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Şəmkir rayonunun Əliyaqublu kəndində “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir.
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Şəmkirdə
Bu layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Mərkəzində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.
Tədbirdə AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Milli Məclisin deputatları Arzu Nağıyev, Sabir Hacıyev və Milli Məclis sədrinin köməkçisi Aqşin Hümbətov iştirak edib. Layihə çərçivəsində tədbirdə iştirak edən 50 məktəbli uşağa futbola marağı artırmaq məqsədilə idman geyimləri və toplar verilib. Gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Bu layihə üzrə tədbirlərin digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulub.
 
Baş Sponsor 
Partnyorlar