az en
News / “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Tovuzda (fotolar)

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Tovuzda (fotolar)

Kütləvilik Dərc olundu: 03.12.2022 Çap
AFFA-nın, Tovuz Rayon İcra Hakimiyyətinin və Uşaq Gənclər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Tovuz rayonunun Bozalqanlı kəndində “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Tovuzda (fotolar)
Bu layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Mərkəzində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.
Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov,  AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin deputatları Qənirə Paşayeva, Arzu Nağıyev, Sabir Hacıyev, Müşviq Məmmədli və digər rəsmi şəxslər iştirak edib. Layihə çərçivəsində tədbirdə iştirak edən 50 məktəbli uşağa futbola marağı artırmaq məqsədilə idman geyimləri və toplar verilib. Gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Bu layihə üzrə növbəti tədbirlərin digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulub.
 
Baş Sponsor 
Partnyorlar