az en
News / “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Tovuzda

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Tovuzda

AFFA Dərc olundu: 12.09.2020 Çap
AFFA-nın və Tovuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun kəndlərində “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.
Bu layihə Prezident İlham Əliyevin 29 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.
Layihə çərçivəsində rayonun cəbhə bölgəsində yerləşən Əlibəyli, Ağdam, Vahidli, Dondar Quşçu, Bayramlı və Əsrik kəndlərində 50 məktəbli uşağa futbola marağın artırılması məqsədi ilə idman geyimləri və futbol topları verilib.
Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, millət vəkilləri Qənirə Paşayeva, Arzu Nağıyev, Tamam Cəfərova, Sabir Hacıyev və digər rəsmi şəxslər iştirak edib.
 
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Tovuzda
Baş Sponsor 
Partnyorlar