AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.
17 yaşadək qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində martın 18-dən 24-dək Almaniyada təşkil olunacaq A liqasının 1-ci qrupunun oyunlarında UEFA nümayəndəsi Könül Mehdiyeva olacaq.
Qeyd edək ki, bu qrupda Fransa, Almaniya, Çexiya və Slovakiya yığmaları mübarizə aparacaqlar.