AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə UEFA Kütləvi Futbol Həftəsi çərçivəsində Qusar rayonunun Şirvanlı kəndində 10-12 yaşlı uşaqlar üçün futbol festivalı keçirilib.
100-dən çox uşağın qatıldığı festivalda iştirakçılar futbol oynayıb, əyləncəli vaxt keçirib. Festivalın sonunda iştirak edən hər bir uşağa UEFA tərəfindən göndərilən toplar hədiyyə olunub. Hədiyyələri uşaqlara Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov, Şimal Regional Futbol Federasiyasının prezidenti Abdulla Məmmədov, Kütləvi Futbol Departamentinin mütəxəssisi Orxan Mikayıllı və digər rəsmi şəxslər birlikdə təqdim edib. UEFA Kütləvi Futbol Həftəsi çərçivəsində növbəti belə tədbir Şamaxı şəhərində keçiriləcək.