AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə UEFA Kütləvi Futbol Həftəsi çərçivəsində Şəmkirdə yerləşən Heydər Əliyev Mərkəzinin ərazisində 10-12 yaşlı uşaqlar üçün futbol festivalı keçirilib.
60-a yaxın uşağın qatıldığı festivalda iştirakçılar futbol oynayıb, əyləncəli vaxt keçirib. Festivalın sonunda iştirak edən hər bir uşağa UEFA tərəfindən göndərilən toplar hədiyyə olunub. Hədiyyələri uşaqlara Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov və Kütləvi Futbol Departamentinin mütəxəssisi Orxan Mikayıllı təqdim edib. UEFA Kütləvi Futbol Həftəsi çərçivəsində növbəti belə tədbirlər Qusar rayonunda və Lənkəran şəhərində keçiriləcək.