az en
News / “İlbirs” "QOL U-15" Beynəlxalq turnirinin qalibi olub (fotolar)

“İlbirs” "QOL U-15" Beynəlxalq turnirinin qalibi olub (fotolar)

Turnir Dərc olundu: 15.07.2023 Çap
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və AFFA-nın birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar təşkil olunan "QOL U-15 " beynəlxalq turnirinə yekun vurulub.
 
“İlbirs” "QOL U-15" Beynəlxalq turnirinin qalibi olub (fotolar)
Bu gün “ASCO Arena”da keçirilmiş oyunlarla mükafatçılar məlum olub. 3-cü yer uğrunda oyunda “Səbail”i 2:1 hesabı ilə məğlub edən “Neftçi” bürünc medallara sahib olub. Finalda isə Qırğızıstanın “İlbirs” komandası ilə “Zirə” qarşılaşıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən “İlbirs” "QOL U-15 " beynəlxalq turnirinin qalibi olub. Final oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunub. Turniri ilk üç pillədə tamamlayan komandalara müvafiq olaraq, qızıl, gümüş və bürünc medallar verilib. “İlbirs” komandasının kapitanı Kayrat Kanatov ən yaxşı oyunçu, “Sumqayıt” komandasının üzvü Murad Cabbarov ən məhsuldar oyunçu, “Zirə”nin üzvü Xəqan Şükürov isə turnirin ən yaxşı qapıçısı kimi xüsusi mükafata layiq görülüblər. Mükafatları Gənclər və İdman naziri Fərid Qayıbov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri, Azərbaycan Minifutbol Federasiyasının prezidenti, "Zirə" Futbol Klubunun fəxri prezidenti Orxan Məmmədov, Gənclər və İdman nazirinin müavini Mariana Vasileva və milli komandamızın sabiq üzvü, “Zirə” Futbol Klubunun baş məşqçiqi Rəşad Sadıqov təqdim ediblər.
Qeyd edək ki, turnirdə sonrakı pillələri müvafiq olaraq, “Sumqayıt”, “Sabah”, “Qarabağ” və Özbəkistanın “Paxtakor” komandası tutub.
 
Baş Sponsor